...

Bakıya Rusiya xarici işlər nazirinin müavini gəlir

Siyasət Materials 25 İyul 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova / Bu gün Bakıya Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyak gələcək. Bu bardə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Kislyak Azərbaycan XİN başçısının müavini Araz Əzimovla danışıqlar aparacaq. Danışıqlar zamanı regional təhlükəsizlik və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Rusiya XİN rəsmisi Kislyak Bakıda iki gün olacaq.

Xəbər lenti

Xəbər lenti