...

Azərbaycan prezidenti QHT-lərə dövlət dəstəyi Konsepsiyasını təsdiq edib

Siyasət Materials 27 İyul 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Sərəncamla Prezidenin İcra Aparatına tapşırılır ki, iki ay müddətində qeyri-hökumət təşkilatları üzrə qurumun və Qeyri-Hökumət Təşkilatlarına Yardım Fondunun yaradılmasına dair təkliflərini hazırlayıb prezidentə təqdim etsin, QHT-lərə dövlət dəstəyi konsepsiyası müddəalarının yerinə yetiriməsinə nəzarəti həyata keçirsin. Nazirlər Kabineti sərəncamdan irəli gələn vəzifələri həll edəcək.

Xəbər lenti

Xəbər lenti