...

Parlament rəsmisi: "Türkiyənin Azərbaycanla viza rejiminin ləğvi ilə bağlı qərarı çox gözəl jestdir"

Siyasət Materials 2 Avqust 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Türkiyənin türkdilli dövlətlərlə, o cümlədən Azərbaycanla viza rejiminin ləğvi ilə bağlı qərarı yüksək qiymətləndirilməlidir. Bu bəyanatla cümə axşamı jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edib. Onun sözlərinə görə, dövlətlər və xalqlar arasında əməkdaşlığın dərinləşməsi baxımından Türkiyə dövlətinin bu addımı çox gözəl jestdir.

Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsi məsələsinə gəlincə, parlament rəsmisi onun səlahiyyətinə aid olmadığından bununla bağlı şərh verməyəcəyini deyib.

Türkiyə avqustun 1-dən Azərbaycan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistanın ümumvətəndaşlıq pasportuna malik vətəndaşlarının Türkiyəyə 30 günlük turizm məqsədilə səfərləri üçün vizasız rejim tətbiq edib.

Xəbər lenti

Xəbər lenti