...

Müxalifyönlü siyasi blokun Məclisinin növbədənkənar toplantısı keçiriləcək

Siyasət Materials 2 Avqust 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Avqustun 19-da "Bizim Azərbaycan" blokunun Məclisinin növbədənkənar toplantısı keçiriləcək. Bu haqda qərar "Bizim Azərbaycan" blokunun Məclisinin cümə axşamı keçirilən toplantısında qəbul olunub.

Toplantıda 47 Məclis üzvündən 35 nəfəri iştirak edib. Məclisdə "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturanın və Blokun Məclisinin sədri Həsən Həsənovun illik hesabatı dinlənilib. Toplantıda "Bizim Azərbaycan" Blokunun adının dəyişdirilməsi, "Azərbaycan Yolu" Siyasi Hərəkat ilə münasibətlər, Blokun avqustun 25-ə təyin olunan sədr seçkisi barədə müzakirələr aparılıb.

Toplantıda "Bizim Azərbaycan" blokunun adının dəyişdirilməsi təklifi gərgin müzakirələrə səbəb olub və bu məsələ qeyri-müəyyən vaxta qədər tarixə salınıb.

Müxalifyönlü "Bizim Azərbaycan" bloku 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd olan Müsavat Partiyasının başqanı İsa Qəmbəri dəstəkləmək üçün yaradılıb. Sonradan Müsavat blokdan çıxarılıb. Hazırda blokda səkkiz siyasi partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti