...

Azərbaycan prezidenti Buxarestdə park açılışında iştirak edəcək

Siyasət Materials 2 Avqust 2007 18:28 (UTC +04:00)
Azərbaycan prezidenti Buxarestdə park açılışında iştirak edəcək

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev Buxarestə səfər edəcək və Rumıniya paytaxtının mərkəzində Azərbaycan parkının açılış mərasimində iştirak edəcək. Bu barədə cümə axşamı telefonla Azərbaycanın Rumıniyadakı səfirliyinin məsləhətçisi Tural Rzayev məlumat verib.

Onun sözlərinə görə, Rumıniya prezidenti Trayan Basesku iyun ayında Bakıda GUAM sammitində iştirak edərkən Prezident Əliyevi Azərbaycanın eks-prezidenti Heydər Əliyevin büstünün qoyulduğu Azərbaycan parkının açılşına dəvət edib.

"Rumıniyada sosializm rejiminin devrildiyi 20 il ərzində cəmi üç abidə qoyulub - Şarl de Qolla, Mustafa Kamal Atatürkə və Heydər Əliyevə", - deyə diplomat xatırladıb. Heydər Əliyevin büstünün qoyulması barədə qərar üç il bundan əvvəl Basesku Buxarest şəhərinin meri olarkən qəbul olunub.

Rzayevin sözlərinə görə, hələ ki parkın açılış tarixi və Azərbayacan prezidentinin Rumıniyaya səfərinin statusu müəyyən olunmayıb. Hər şey dövlət başçısının iş qrafikindən asılı olacaq.

Parkın yenidənqurulması layihəsinin müəllifi azərbayacanlı memar Eldar Hüseynovdur.

Tikinti işləri isə tenderdə qalib gələn rumın şirkətlərindən biri tərəfindən həyata keçirilir. Parkın yenidənqurulması zamanı Azərbaycan milli ornamentlərindən istifadə olunub.

Xəbər lenti

Xəbər lenti