...

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yeni rəis təyin olunub

Siyasət Materials 7 Avqust 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva / Baş prokuror Zakir Qaralovun əmri ilə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yeni rəis təyin olunub. Bu barədə çərşənbə axşamı Bakıda Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Vüqar Əliyev məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl Baş Prokurorluqda dövlət ittihamının müdafiəsi idarəsinin rəisi işləyən Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yeni rəis təyin olunub.

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Namiq Əsgərov bir müddət əvvəl baş prokurorun müavini təyin olunub.

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi idarəsinə isə İlqar Cəfərov rəis təyin olunub. Cəfərov əvvəllər Baş Prokurorluqda hüquqi təminat şöbəsinin rəisi işləyib. Baş

Prokurorluğun İstintaqa Nəzarət İdarəsinə isə Nazim Abbasov rəis təyin olunub. Abbasov

əvvələr baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində şöbə rəisi işləyib.

Xəbər lenti

Xəbər lenti