...

Avropa, Asiya və Afrika vətəndaşları Azərbaycan sərhədində saxlanılıb

Siyasət Materials 8 Avqust 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ " , müxbir K. Zərbaliyeva/Cari ilin iyulunda Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 21 halda 33 nəfər sərhəd pozucusu saxlanılıb. Dövlət Sərhəd Xidmətindən çərşənbə günü Trend ə verilən məlumata görə, tutulan şəxslərin 9-u Azərbaycan, 9-u Əfqanıstan, 7-si Gürcüstan, 4-ü İran, hər biri bir nəfər olmaqla İraq, Rusiya, Belorusiya və Nigeriya vətəndaşlarıdır. Onlardan 24-ü dövlət sərhədini sərhəd zastavalarının xidməti sahəsində pozarkən, 6-sı saxta sənədlə, 3-ü özgəsinə məxsus sənədlə dövlət sərhəd buraxılış məntəqələrindən keçərkən və ya keçməyə cəhd edərkən saxlanılıb.

Ay ərzində 25 Azərbaycan vətəndaşı sərhəd rejim qaydalarını pozduğu üçün sərhəd zastavalarının xidməti sahəsində, müxtəlif ölkələrin vətəndaşı olan 47 nəfər müvafiq sənədləri olmadığı üçün, Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin 101 vətəndaşı isə vizaları olmadığına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Axtarışda olan 51 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hesabat dövründə 43 halda ümumi dəyəri 560 min 668 manat olan qaçaqmalın sərhəddən keçirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti