...

Tacikistan prezidenti: "İran ətrafındakı gərginliyin aradan qaldırılması yalnız siyasi-diplomatik vəsitələrlə mümkündür"

Siyasət Materials 13 Avqust 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ İran ətrafındakı gərginliyin aradan qaldırılması yalnız siyasi-diplomatik vasitələrlə mümkündür. Bunu Bakıda rəsmi səfərdə olan Tacikistan prezidenti İmoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən birgə brifinqdə deyib.

"Tacikistanla dil, mədəni əlaqələr və digər məsələlər baxımından yaxın olan İranın taleyinə biz laqeyd ola bilmərik. Əminik ki, yalnız siyasi-diplomatik vasitələrdən yararlanmaqla mövcud problemləri aradan qaldırmaq olar" - deyə Tacikistan prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti