...

Yaponiya hökuməti Azərbaycanda sosial sahənin inkişafına təqribən yarım milyon dollar ayırıb

Siyasət Materials 14 Avqust 2007 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Yaponiya hökuməti Azərbaycanda sosial sahədə altı layihənin həyata keçirilməsinə təqribən yarım milyon dollar ayırıb. Bu barədə çərşənbə axşamı Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Layihələrin sırasına Hacıqabul, Şamaxı, Bərdə, İsmayıllı, Biləsuvarın kəndlərində orta məktəblərin tikintisi və Şəki şəhərində Gəncəli icmasında su kəmərinin bərpası daxildir. Bu altı layihənin həyata keçirilməsinə Yaponiya tərəfindən 459,938 min dollardır ayırılıb.

Layihələr Azərbaycanda 2000-ci ildən həyata keçirilən "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı" çərçivəsində reallaşdırılır. Proqram çərçivəsində ümumi dəyəri 6 mln. dollardan çox olan 96 layihə həyata keçirilib. Layihələr iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi sahələrə yönəlib. Yaponiya hökuməti Azərbaycana müstəqillik əldə edəndən sonra 700 mln. dollardan çox yardım edib.

Xəbər lenti

Xəbər lenti