Azərbaycan, Bakı / Trend / Prezident İlham Əliyevin cümə axşamı imzaladığı sərəncamla 2007-ci il iyulun 19-da Bakı şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın 2-ci Zirvə Toplantısı zamanı imzalanmış sənədlər təsdiq olunub.
Təsdiqlənən sənədlər - GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın üzv dövlətləri arasında 2007-2010-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol və GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata üzv dövlətlərin Hökumətləri arasında nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq və qarşlıqlı yardım haqqında Memorandumdur.
Sənədə əsasən Nazirlər Kabinetinə sərəncamda göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılır.