...

İran prezidenti Bakıya gəldi

Siyasət Materials 21 Avqust 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. S.Ağayeva/ İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat çərşənbə axşamı ikigünlük rəsmi səfərlə Azərbaycana gəlib. Səfər onun azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti əsasında gerçəkləşir.

Bu gün axşam Azərbaycan və İran dövlət başçıları arasında keçiriləcək danışıqların gündəliyi ikitərəfli əlaqələrin siyasi, iqtisadi və humanitar aspektləri əhatə edir. Səfər zamanı imzalanması planlaşdırılan sənədlər artıq hazırdır. İran tərəfi həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi və yaxud da onun tamamilə aradan qaldırılmasına tərəfdar çıxır. Belə bir təkliflə İran tərəfi bir neçə il əvvəl çıxış edib. Məsələ iki ölkənin xarici işlər nazirləri səviyyəsində qaldırılsa da, Azərbayca tərəfi bu vaxtadək cavab verməyə tələsməyib.

Güman olunur ki, dövlət başçıları arasında məsələ ilə bağlı razılaşma əldə olunacaq.

Səfər zamanı Azərbaycan və İran hökumətləri enerji və nəqliyyat sahələrindəki əməkdaşlıqla bağlı yeni sazişlər imzalayacaqlar.

Səfər zamanı İran prezidenti Şəhidlər Xiyabanına və Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarına baş çkəcək. Əhmədinejat həmçinin Heydər Əliyev Fondunda olacaq.

Xəbər lenti

Xəbər lenti