...

Qətər və Belçika Azərbaycanda səfirliklərini açacaq

Siyasət Materials 29 Avqust 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Cari ilin sonuna qədər Qətər və Belçika Azərbaycanda səfirliklərini açmağı planlaşdırır. Bu barədə jurnalistlərə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) dövlət protokol idarəsinin müdiri Pərvin Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, artıq hər iki ölkənin rəhbərliyi bu barədə istəklərini bildirib. Mirzəzadənin bildirdiyinə görə, Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətində olan ölkələr siyahısına İspaniya, Tacikistan və Qırğızıstan daxildir. Türkmənistan yaxın zamanlarda Azərbaycanda səfirliyin fəaliyyətini bərpa etmək niyyətindədir.

Türkmənistan səfirliyi 1999-cu ilin iyun ayında iki ölkənin Xəzər xəttində yerləşən "Kəpəz" (Türkmən variantı "Sərdar") yatağının mübahisəli konsesusunun əldə olunmamasına görə, Bakıdakı fəaliyyətini dayandırmışdı. Azərbaycan Energetika və Sənaye Nzirliyinin məlumatına göprə, "Kəpəz" yatağının ehtiyatları 50 mln. ton neft təşkil edir. Yataq Sövet dönəmində azərbaycanlı neftçilər tərəfindən açılıb. SSRİ vaxtında yataq "Promejutoçnoe" adlanırdı. Yatağın işlənməsinə Amerikanın "Chevron" və Almaniyanını "Wintershall" şirkətləri maraq göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi iri dövlətlərdə konsulluğunu açmaq niyyətindədr. Yaxın zamanlarda Yekaterinburqda nümayəndəliyin açılması planlaşdırılır.

Mirzəzadənin sözlərinə görə, ilin sonuna qədər Azərbaycanın Niderland, Çexiya, Litva, Tacikistan, Qətər və Qırğızıstanda səfirlikləri tam rejimdə fəaliyyətə başlayacaq.

XİN nümayəndəsinin qeyd etdiyini görə, son illərdə Azərbaycanın xarici siyasətində ərəb ölkələrinə qarşı münasibətdə pozitiv tendensiyalar müşahidə olunur.

Mirzəzadə bunu Azərbaycanın islam dövlətləri arasında, ərəb dünyasında, istər İKT, istərsə də beynəlxalq arenada mövqelərini möhkəmləndirmək istəyilə əlaqələndirir.

Xəbər lenti

Xəbər lenti