...

Müdafiə naziri Səfər Əbiyev: "Bizim fikrimiz çox ciddi olacaq"

Siyasət Materials 30 Avqust 2007 21:03 (UTC +04:00)
Müdafiə naziri Səfər Əbiyev: "Bizim fikrimiz çox ciddi olacaq"

Azərbaycan, Bakı / Trend müxbir S, İlhamqızı/ Azərbaycan müdafiə naziri Səfər Əbiyev çümə axşamı jurnalistlərlə söhbətində bəyan etmişdir ki, "konkret vaxt gələndə biz Dağlıq Qarabağda antiterror əməliyyatı aparılması barədə öz fikrimizi bildirəcəyik, və bu çox ciddi fikir olacaq".

Son günlər Azərbaycanda bir sıra ictimai təşkilatlar və qurumlar Dağlıq Qarabağda antiterror əməliyyatının vacibliyi haqda bəyanatlarla çıxış edirlər.

"Bu ictimaiyyətin fikridir, biz öz fikrimizi konkret məqam gələndə bildirəcəyik" - deyə Əbiyev qeyd etmişdir.

Müdafiə naziri həmçinin bildirmişdir ki, Azərbaycanın Hərbi doktrinası artıq hazırdır və onun bu yaxınlardla qəbul olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti