...

Bakıda keçmiş sovet məkanında ksenofobiya, milliyyətçilik və irqi ayrı-seçkilik problemləri müzakirə olunacaq

Siyasət Materials 31 Avqust 2007 16:25 (UTC +04:00)
Bakıda keçmiş sovet məkanında ksenofobiya, milliyyətçilik və irqi ayrı-seçkilik problemləri müzakirə olunacaq

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ MDB və Baltik ölkələrində ksenofobiya, milliyyətçilik və irqi ayrı-seçkilik problemləri Bakıda bu ölkələrin gənc liderlərinin üçüncü forumu çərçivəsində müzakirə olunacaq. Cümə günü Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin verdiyi məlumata görə, tədbir sentyabrın 27-dən 30-dək "Məsuliyyət nəsli" şüarı altında keçiriləcək.

"Forumda siyasi, işgüzar dairələrin 70 nümayəndəsi, kütləvi informasiya vasitələrinin iri holdinq rəhbərləri iştirak edəcək. Tədbir zamanı bir sıra məsələlərin, həmçinin keçmiş Sovet İttifaqı məkanında yeganə mədəni məkan məsələlərinin müzakirəsi aparılacaq" - deyə nazir müavini bildirib.

"Forumda bu problemlərin həllində və xalqlar arasında mədəni körpülərin qurulmasında KİV-in rolu xüsusilə müzakirə olunacaq. Bakıya bütün MDB və Baltik ölkələrinin nümayəndələri gələcək, yalnız Türkmənistan tədbirdə iştirakına , hələ ki, razılıq verməyib" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti