...

Azərbaycan XİN-in rəhbəri Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Siyasət Materials 3 Sentyabr 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri Yuri Merzlyakov və Bernard Fasye ilə görüşəcək.

Sentyabrın ortalarında həmsədrlərin İrəvan və Azərbaycana səfəri gözlənilir. Bu görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin vacibliyi müəyyən olunacaq, bu barədə jurnalistlərə Azərbaycan XİN-in rəhbəri bildirib.

1992-ci ildən Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və bu ərazinin 7 rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olunub.

Məmmədyarovun vasitəçilərlə görüşü Avropa Birliyinin Yeni Qonşuluq Siyasətinin reallaşması çərçivəsində keçirilən konfransda iştirakı çərçivəsində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti