Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin brifinqdə verdiyi məlumata görə, Britaniya ensiklopediyasında Azərbaycan bəstəkarı ilə bağlı yol verilmiş səhv artıq düzəldilib.
Britaniyanın "Britanika" ensiklopediyasının saytında bildirilirdi ki, Azərbaycan musiqi sənətinin görkəmli xadimi, dünya şöhrətli bəstəkar Qara Qarayev erməni bəstəkarıdır.
İbrahimin sözlərinə görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin Böyük Britaniyanın aidiyyatı orqanları ilə apardığı iş nəticəsində ensiklopediyanın veb-səhifəsində yol verilmiş səhv düzəldilib.
İbrahimin sözlərinə görə, ensiklopediyanın rəhbərliyi ensiklopediyanın növbəti təkrar nəşrində səhvin düzəldiləcəyinə söz verib.
Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakıda tibb elmləri professorunun ailəsində dünyaya gəlib. 1935-ci ildə Konservatoriyaya daxil olub.
Qarayevin ilk əsəri "Ürək nəğməsi"dir ki, Moskvada Böyük Teatrda keçirilən Azərbaycan dekadası zamanı ifa olunub. Həmin vaxt, 1938-ci ildə Qarayev Moskva konservatoriyasının tələbəsinə çevrilib. Burada onun müəllimləri görkəmli musiqiçilər olub, lakin gənc bəstəkarın həyatında Dmitriy Dmitriyeviç Şestakoviçin sinfində aldığı dərslər həlledici rola malik olub.
Qarayev həmçinin pedaqoji, elmi və ictimai fəaliyyətə də böyük yer ayırıb. O, Azərbaycan Rəssamlar Birliyinin əvəzsiz rəhbəri, Elmlər Akademiyasının akademiki olub. Professor Qarayevin tələbələri məşhur bəstəkarlar olublar.