...

Azərbaycan və Tacikistan cinayətkarlıqla mübarizə sahəsində razılaşma imzalayacaq

Siyasət Materials 6 Sentyabr 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycan və Tacikistanın daxili işlər nazirlikləri arasında cinayətkarlıqla mübarizə sahəsində razılaşma imzalanacağı gözlənilir. Bu barədə cümə axşamı Tacikistanın daxili işlər naziri Məhəmmədnəzər Səlixov məlumat verib.

Nazirin sözlərinə görə, razılaşma Düşənbədə keçiriləcək növbəti yığıncaq zamanı imzalana bilər.

Nazir həmçinin, qeyd edib ki, gələn ilin əvvəlində Tacikistanın daxili işlər nazirnin Azərbaycana səfər edəcəyi gözlənilir. Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Tacikistana cavab səfərinin baş tutacağı da mümkündür.

Xəbər lenti

Xəbər lenti