...

AMİP Füzuli meydanında piket keçirəcək

Siyasət Materials 10 Sentyabr 2007 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbəti piketini sentyabrın 20-də Füzuli meydanında keçirəcək. Bu barədə partiyanın Siyasi Şurasının bazar ertəsi keçirilən iclasında qərar çıxarılıb. AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov Trend ə bildirib ki, növbəti piketin keçirilməsi ilə bağlı çərşənbə axşamı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

AMİP son bir ayda Azərbaycanın sosial problemləri ilə bağlı iki piketin keçirilməsi barədə qərar verib. Hər iki piketə Bakı şəhər İcra Hakimiyyəti icazə verməyib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti