...

Vəkil: "Heydər Əliyev adına Hava Limanının Təhlükəsizlik Xidmətinin sabiq rəisi Emin Süleymanovun həbsinin insan alveri və narkotika alveri ilə heç bir əlaqəsi yoxdur"

Cəmiyyət Materials 12 Sentyabr 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Heydər Əliyev adına Hava Limanının Təhlükəsizlik Xidmətinin sabiq rəisi Emin Süleymanovun həbsinin insan alveri və narkotika alveri ilə heç bir əlaqəsi yoxdur. Bunu çərşənbə günü Trend ə açıqlamasında Süleymanovun vəkili Rza İbadov deyib.

İbadov Süleymanovun həbsinin müğənni Rəqsanənin insan alverində təqsirli bilinən bacısı və anasının saxlanılması ilə bağlı olduğu barədə yayılan məlumatları da təkzib edib. Vəkil istintaq sirri olduğu üçün hüquqlarını müdafiə etdiyi şəxsin hansı cinayətə görə həbs olunması ilə bağlı məlumat verməyib. Bildirib ki, istintaqın sonunda istintaqı aparan orqan tərəfindən rəsmi məlumat veriləcək.

Qeyri-rəsmi məlumatlara görə, Süleymanovla birgə Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşı da həbs olunub və onlar Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılırlar.

Xəbər lenti

Xəbər lenti