Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva / Ali Məhkəmənin Plenumunun iclasında Ali Məhkəmənin kollegiyalarının yeni tərkibi təsdiq olunacaq.
Bu barədə Trend ə cümə günü Ali Məhkəmədən məlumat verilib. Ötən ay Ali Məhkəməyə bir neçə yeni hakim təyin olunub, məhkəmənin bir neçə hakimi isə, yeni yaradılan apellyasiya məhkəmələrinə sədr təyin olunub. Bununla bağlı olaraq, Ali Məhkəmənin kollegiyalarının tərkibində dəyişikliklər olnub.
Bildirilib ki, sentyabrın 18-də keçiriləcək iclasda yeni seçilmiş hakimlər and içəcək. İclasda hakimlik fəaliyyətinə xitam verilmiş bir neçə hakimin Məhkəmə-Hüquq Şurasının qərarından verdikləri şikayətlərə və konkret mülki və cinayət işlərinə baxılacaq.
Ali Məhkəmədə 4 -- Mülki işlər üzrə, Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə, Hərbi Məhkəmələrin işləri üzrə və İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları fəaliyyət göstərir.