...

Türkiyədə hicablı qadınların hüqüqları bərpa olundu

Cəmiyyət Materials 16 Sentyabr 2007 03:07 (UTC +04:00)

Türkiyədə dini baş örtüyü ilə tədris ocaqlarına gəlməyə icazə verildi. Bu haqda Samanyolu telekanalı xəbər verir.

Şənbə günü axşam Türkiyə Böyük Millət Məclisi ölkə Konstitusiyasında etdiyi dəyişiklik nəticəsində türkiyəli qadınların dini baş örtüyündə tədris ocaqlarına daxil olmalarına qoyulan qadağa ləğv olundu.

Digər bir dəyişikliyə əsasən ölkədə İmam-Xatib mədrəsələrinin fəaliyyətinə yenidən icazə verildi.

İmam-xatib mədrəsələri din təmayüllü orta məktəb sayılır. Onların fəaliyyəti bir neçə il öncə qadağan edilmişdir.

Xəbər lenti

Xəbər lenti