...

Naxçıvana MR Kitabxanası istifadəyə verilib

Cəmiyyət Materials 18 Sentyabr 2007 10:58 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Ötən ilin may ayından təmirə dayandırılan Naxçıvan Muxtar Respublika Kitabxanası istifadəyə verilib. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, kitabxananın daha da zənginləşdirilməsi, burada "Naxçıvanşünaslıq" və "Dilçilik" şöbələrinin yaradılması, daha sonra elektron-kataloq sisteminə çevrilməsi və kitabların disk variantının alınması həyata keçiriləcək.

Kitabxana 1922-ci ildə şəhər kitabxanası kimi fəaliyyətə başlayıb, 1930-cu ildən etibarən isə muxtar respublika səviyyəli kitabxanaya çevrilib. Kitabxanada 270 min kitab, qəzet və jurnallar mühafizə olunur ki, bunların da 15 mindən artığı latın qrafikası ilə nəşr olunanlardır. Kitabxananın direktoru qeyd edib ki, ötən aydan etibarən birinci dərəcəli dövlət əhəmiyyətli universal elmi kitabxana statusu alan bu mədəniyyət müəssisəsində 10 şöbə, 4 bölmə və Kitabxana Şurası fəaliyyət göstərir.

Kitabxanada 20 yeni kompyuter dəsti ilə təmin olunmuş kompyuter otağı yaradılıb və internetə qoşulub.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti