...

Bəstəkar Cavanşir Quliyev: "Səkkiz milyon əhali üçün Bəstəkarlar İttifaqının yüz altmış doqquz nəfər üzvü çoxdur!"

Cəmiyyət Materials 18 Sentyabr 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Son zamanlar Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə az tələbə daxil olması barədə tez-tez şikayətlər edilir. Bu vəziyyəti bəstəkar Cavanşir Quliyev "TrendLife"a belə açıqladı: "İnanın ki, burada qorxulu bir şey yoxdur. Əksinə, normaldır. Yadımdadır, sovet dövründə elə il olurdu ki, heç bir adam da bu fakültəyə daxil olmurdu. Hətta ərizələr verilirdi, lakin müsabiqəyə heç kim gəlmirdi. Bəstəkarlıq elə bir sənətdir ki, onu axına buraxmaq olmaz. Ola bilər ki, hansısa il bəstəkar olmaq arzusunda olanlar az olur. Ümumiyyətlə, mən hesab edirəm ki, səkkiz milyon əhali üçün yüz altmız doqquz nəfər bəstəkar çoxdur!"

Xəbər lenti

Xəbər lenti