...

Azərbaycanın yunan-roma güləşçisi İlqar Abdulov birinci təsəlliverici döyüşdə qələbə qazanıb

Cəmiyyət Materials 18 Sentyabr 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın yunan-roma güləşçisi İlqar Abdulov ( 74 kq) H.Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya çempionatının bürünc medalı uğrunda mübarizəyə başlayıb.

Trend in verdiyi məlumata görə, Daşkənd Qran-Prisinin qalibi birinci təsəlliverici göyüşdə yunan Serqios Solontkis üzərində qələbə qazanıb. Görüş xalça sahibinin üstünlüyü şəraitində keçib. Həmyerlimiz birici hissədə önə keçməyi bacarıb və ikinci hissədə o, uğurlu fənd işlədərək ,qələbəni bayram edib. Lakin 3-cü yer uğrunda mübarizədə İ.Abdulovu çox çətin döyüşlər gözləyir. Belə ki, məqsədə çatmaq üçün o , daha üç döyüşdə qalib gəlməlidir. Bir azdan Azərbaycan pəhləvanı almaniyalı Konstantin Şnayderlə mübarizəyə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti