Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Yunan-roma güləşi üzrə Azərbaycan yığması bu günlərdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya çempionatının ümumi komanda hesabında 6-cı pilləyə düşüb.
Çempionatın birinci günündən sonra komanda ikinci pilləyə qalxmışdı, lakin sonra öz mövqeyini itirdi. Belə ki, çempionatın ikinci günü kollektiv medal qazana bilməyib. Yekunda Elçin Cəfərovun yeritmələri turnir cədvəlinin 6-cı yerində qərarlaşmaqla Rumıniya, Serbiya, Fransa, Yaponiya, Macarıstan, Qazaxıstan, Bolqarıstan, Belarus və bir çox başqa ölkələri qabaqlayır.
Bununla yanaşı, ümumi komanda hesabında Cənubi Koreya ABŞ-la birinci yeri bölüşür. Hər iki kollektiv 23 xal toplayıb və birinci üçlüyü qapayan Rusiyanı 3 xal qabaqlayır.