...

Bakıda gənc musiqiçilərin iştirakı ilə kamera musiqisi gecəsi keçiriləcək

Cəmiyyət Materials 20 Sentyabr 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Məlumdur ki, bu il Gənclər ili elan olunub. Bununla əlaqədar Azərbaycanda bir çox musiqi tədbirlər də keçirilir. Bu haqda "TrendLife"a Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov xəbər verib. Onun sözlərinə görə, Gənclər ili ilə əlaqədar Azərbaycanın gənc musiqiçilərinin iştirakı ilə kamera musiqisi gecəsi keçiriləcək. Belə tədbirlər ilin sonuna kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti