...

Lənkəranda nigaha girənlərin sayı azalıb

Cəmiyyət Materials 21 Sentyabr 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Lənkəran rayonunda nigaha girmənin sayı azalıb. Trend in bölgə müxbirinin Lənkəran rayon Vətəndaş Aktlarının Qeydiyyat İdarəsinin (VAQİ) müdiri Hökümə Turhidəyə istinadən verdiyi məlumata görə, bu il rayonda nigaha girənlərin sayı 1204 ailə olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 316 nigah azdır. Ötən ilin müvafiq dövründə bu rəqəm 1520 olub. Hesabat dövründə boşanmaların sayı 100, otən il isə bu rəqəm 102 ailə olub.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti