...

Naxçıvanda yeni məktəb binası istifadəyə verilib

Cəmiyyət Materials 22 Sentyabr 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon mərkəzində 630 yerlik yeni məktəb binası istifadəyə verilib. Trend in bölgə müxbirinin məlumatına görə, hazırda 587 nəfər şagirdin təhsil aldığı məktəbi ötən il 39 nəfər bitirib, onlardan 23-ü ali məktəblərə qəbul olunub.

Məktəbin açılışında iştirak edən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 34 nəfər birinci sinif şagirdinə yeni məktəbli geyim dəstləri, dərslik və digər məktəbli ləvazimatı hədiyyə edib.

Bu il ərzində Muxtar Respublikada 6 məktəb istifadəyə verilib, son 3 ildə isə, 38 məktəb binası tikilib. Naxçıvan MR-də ümumilikdə 260-dan çox orta məktəb fəaliyyət göstərir.

Zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəbdə 45 sinif otağı və 2 müəllim otağı var.

15 kompüter dəsti ilə təmin olunmuş kompter otağı isə, ikinci mərtəbədədir.

Naxçıvan MR: ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti