...

"Azərbaycan Federasiyası İsveç" 9-cu qurultayına hazırlaşır

Cəmiyyət Materials 24 Sentyabr 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Federasiyası İsveç (AFİ) oktyabrın 13-15-də Yöteborq şəhərində özünün 9-cu qurultayını keçirəcək. Bu barədə bazar ertəsi Trend ə AFİ-in başqanı Məmmədrza Ağapur məlumat verib.

Federasiya 1996-ci ildə İsveçdə yaradılıb, indiyədək 8 dəfə qurultayı keçirilib. Təşkilat İsveçdə yaşayan azərbaycanlıların milli birliyinə, həmrəyliyinə nail olmaq , həmçinin Azərbaycan həqiqətlərini bu ölkənin ictimaiyyətinə çatdırmaq məqsədilə yaradılıb. AFİ Azərbaycan Respublikasının ərazi bütövlüyünə, Güney Azərbaycanda isə (İranda) azərbaycanlıların milli haqları uğrunda mübarzəsinə dəstək verir. AFİ-də dərnək, cəmiyyət və digər adda 29 təşkilat təmsil olunur.

Ağapur bildirib ki, Federasiyanın 9-cu qurultayında yeni İdarə Heyəti, sədri seçiləcək. O, sədrliyə növbəti dəfə də namizəd olacağını bildirib.

Ağapurun sözlərinə görə, İsveçdə fəaliyyət göstərən bütün türkdilli cəmiyyətlərin nümayəndələri qurultaya dəvət olunacaq: "Məqsəd Azərbaycanın problemləri, torpaqlarının Ermənistan tərəfindən işğa ledilməsi faktı, həmçinin, İranda güney azərbaycanlıların haqlarının boğulması barədə hər kəsi məlumatlandırmaqdır"-deyə Ağapur bildirib.

O, əlavə edib ki, Qarabağ həqiqətlərinin rəsmi səviyyədə tanınması üçün AFİ bu məsələnin İsveç Parlamentində müzakirəyə çıxarılmasına çalışır. Ağapur İsveçin hakim partiyasından olan deputat, partiya funksioneri Hans Rotenberqlə bir dəfə görüş keçirdiyini və Parlamentdə onunla yenidən görüşəcəyini deyib: "Bu görüşdə məqsəd , İçveçin Ermənistanı işğalçı dövlət kimi tanıması üçün, İsveç parlamentində Qarabağ məsələsinin müzakirəyə çıxarılmasına nail olmaqdır"-deyə Federasiya rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti