...

Azərbaycan voleybolçuları Avro-2007-nin yarımfinalına çıxmaq şanslarını itirdilər

Cəmiyyət Materials 26 Sentyabr 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığma komandası bu günlərdə Belçika və Lüksemburqda keçirilən Avropa çempionatının yarımfinalına çıxmaq şanslarını itiriblər.

Yarışın ikinci qrup mərhələsində Rusiyaya 0:3 hesabı ilə məğlub olan Faiq Qarayevin yetirmələri bu şanslarının üstündən xətt çəkiblər. İki il bundan öncə yğma komanda Avro-2005-də dördüncü yeri tutub. Hazırda komanda turnir cədvəlində qazanılmış və itirilmiş partiyaların (0-9) böyük fərqilə aşağı pillədə yer alıb. Eyni nəticəni Almaniya yığmasına məğlub olan türkiyəli qadınlar təkrarlayırlar.

Bundan əlavə, "E" qrupunun birinci yerində Rusiya qərar tutub, onun ardınca fransızlara 3:1 hesabı ilə qalib gələn İtaliya yığması yer alıb.

Xəbər lenti

Xəbər lenti