...

Mayestro Ceyhun Bakıdakı konsertində sürprizlər vəl edir

Cəmiyyət Materials 28 Sentyabr 2007 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /müx. TrendLife Əli Dərviş/

Skripkaçı Ceyhun İsmayılov bu il yayda ailəsi ilə istirahət edə bilməyib. Amma Avropa şəhərlərinə qastrol səfərləri skripkaçını Bakının istisindən xilas edib. Artıq Bakıda da sərinlər düşüb və Ceyhun da solo konsertiə hazırlaşır. Konsert oktyabrın 14-də Akademik Opera və Balet Teatrın olaxaq. Bu haqda TrendLife-a Ceyhun İsmayılov özü məlumat verib.

-Nə üçün məhz Akademik Opera və Balet Teatrının səhnəsini seçdiniz?

-Həmin teatrın səhnəsi həmişə əsl sənətə qiymət verən insanların diqqət mərkəzində olub. Səhnənin akustikası dünya standartlarına cavab verir. Mənim skripkamın səsi isə, adi səs deyil, onun özünəməxsus xüsusiyyəti var. Həm də bu, mənim teatrın səhnəsində ilk solo konsertim olacaq.

-Sizin arzunuz var?

-Mənə skripkada klassik üslubda mahnılar ifa etməyi öyrədiblər. Bu mənim o qədər də xoşuma gəlmirdi. Çünki mən müxtəlif mahnıları çox sevirəm. İndi isə mənim ən böyük arzum öz orkestrimi yaratmaq və milli incəsənətimizi bütün dünyaya tanıtmaqdır. Hazırda həmin layihə üzərində işləyirəm. Məhz buna görə də Musiqi Akademiyasında xüsusi musiqiçilərlə məşqlər edirəm.

-Tamaşaçıları konsertdə nə ilə təəcübləndirəcəksiniz?

-Vətənimdə üçüncü dəfədir ki, konsert proqramı ilə çıxış edəcəm. Bununla yanaşı , Qərb üslubunda yeni skripka versiyaları ifa olunacaq. Musiqi kolleksiyamda türk udu, alman royalı, rus gitarası kimi alətlər var. Lakin mənə ən yaxın olan alətlər milli musiqi alətlərimiz-tar, dəf, kamançadır. Bunlar da həmin kolleksiyanın tərkibindədirr. Sizə bir sirr də açım. Bu, simli alətlərdən ibarət konsert olacaq. Mən bu alətlərdə necə ifa etməyimi hər kəsə göstərəcəm. ,nəinki ifa edəcəm, həm də oxuyacam.

- Bakı tamaşaçısından nə gözləyirsiniz?

-Çox maraqlı sualdır və çətin də olsa, cavab verməliyəm. Birincisi, tamaşaçıların xoş simalarını, ikincisi isə, yaradıcılığımla bağlı müsbət fikirlər eşidəcəyimi gözləyirəm. Mən ifama görə 100 faiz zəmanət verirəm. Hörmətli tamaşaçılardan isə, xahişim odur ki, bilet almağa tələssinlər.

-Düz deyirlər ki, siyasətçilər sərhəd qurur, musiqiçilər isə onu pozur?

-Son vaxtlar xaricdən bura skripkada ifa edə bilən tanınmış musiqiçilər gəlir. Onlar skripkada müxtəlif caz improvizasiyalı musiqilər ifa edirlər. Həmin müsiqiçiləri müqayisə etsək, görərik ki, heç də məndən üstün ifaçı deyillər. Təəssüf edirəm ki, bizim tamaşaçılar onların səviyyəsiz ifalarını alqışlayırlar. Mənim tamaşaçılarım konsertdə caz- improvizasiya, stinq, blüz, kantri və s. eşidəcəklər. Konserdət sürprizlər olacaq. İnanın mənə, hələ heç bir musiqiçi Bakıda belə konsert verməyib.

Xəbər lenti

Xəbər lenti