...

Demokratik islahatlar ABŞ-ın Azərbaycandakı əsas prioritetlərindən biri olaraq qalır

Cəmiyyət Materials 1 Oktyabr 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Demokratik islahatlar ABŞ-ın Azərbaycandakı əsas prioritetlərindən biri olaraq qalır. "Biz hesab edirik ki, parlament Azərbaycanın demokratik inkişafı üçün həlledici 3 məsələni - müstəqil, şəffaf və demokratik inkişafı təmin edən bir institutdur" - deyə bazar ertəsi Bakıda Milli Məclisin payız sessiyasının açılışında iştirak etdikdən sonra verdiyi bəyanatda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Səfir qeyd edib ki, 2008-ci ildə prezident seçkilərinin ədalətli, azad və şəffaf keçirilməsinin qanunvericilik bazasının yaradılmasında qarşıdan gələn il ərzində parlamentin üzərinə böyük iş düşür: "Seçki prosesi yalnız seçki günü ilə məhdudlaşmır. Parlament Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq haqqında" qanuna dəyişikliklərə dair Avropa Şurasının Venesiya komissiyasının tövsiyələrini və məqsədlərini əks etdirən qanunlar qəbul etməklə, prosesə müsbət təsir etmək imkanlarına malikdir".

Diplomat vurğulayıb ki, qanunvericilikdə şəffaflığın təmin olunması məsələsində parlamentin hər bir üzvünün fəaliyəti böyük və önəmlidir. O, parlament üzvlərini öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, yerlərdə öz seçiciləri ilə fəal şəkildə işləməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti