...

Almaniyanın dövlət katibi: "Xəzər dənizinin ekologi probleminin həlli üçün Almaniyanın tərcübəsi tətbiq olunacaq" (video)

Cəmiyyət Materials 4 Oktyabr 2007 10:10 (UTC +04:00)
Almaniyanın dövlət katibi: "Xəzər dənizinin ekologi probleminin həlli üçün Almaniyanın tərcübəsi tətbiq olunacaq" (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Xəzər dənizinin ekologi probleminin həlli üçün Almaniyanın tərcübəsi tətbiq olunacaq, cümə axşamı Bakıda səfərdə olan Almaniyanın Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyinin dövlət katibi xanım Astrid Kluq bildirib. Onun sözlərinə görə, Xəzər dənizinin təmizlənməsi üçün transsərhəd ölkələr birgə mübarizə aparmalıdır.

"Almaniyanın Avropa Birliyi çərçivəsində ətraf mühitin qorunması istiqamətində böyük tərcübəyə malikdir. Biz bu təcrübəni Azərbaycanda tətbiq edəcəyik" dövlət katibi deyib.

Bakıda bu gün "Xəzər dənizinin davamlı inkişafı üçün strategiya" mövzusunda beynəlxalq konfrans işinə başlayıb. Konfransda Xəzərin çirləndirilməsinin əsaslarının araşdırılması, ətraf mühitin problemlərinin həlli istiqamətində maraqlı tərəflərin səylərinin birləşdirilməsi, beynəlxalq və donor təşkilatların maraqlarının bu məsələyə cəlbi müzakirə ediləcək. Konfransda Almaniya, Türkmənistan, Qazaxıstanın nümayəndələri iştirak edir.

Xəzər dünyanın ən böyük daxili su hövzəsidir və dünya göl sularının 44%-ni özündə cəmləyir. Xəzər Avropa və Asiya qitələri arasında yerləşir və uzunluğu təqribən 1200 km , maksimum eni 466 km , minimum eni 204 km-dir. Xəzərin çirklənməsinin 60 faizi Volqa çayının payına düşür.Kluq bildirib ki, tədbir çərçivəsində Almaniyanın Ətraf Mühitin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair anlaşma memarandumu imzalanacaq. Bu sənəddə ətraf mühitin qorunması üçün birgə fəaliyyət, alman investorlarının Azərbaycana cəlbi məsələləri əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti