...

Fərman Kərimzadə unudulub?

Cəmiyyət Materials 17 Oktyabr 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Martda mərhum yazıçı Fərman Kərimzadənin 70 illik yubileyidir. Ədibin qızı Yeganə Kərimzadə TrendLife-ın müxbiri ilə söhbətində yubileyin dövlət səviyyəsində təşkili və tədbirlər planının hazırlanması ilə bağlı heç bir addım atılmadığını diqqətə çatdırdı. Ədibin bundan öncəki yubileylərinin də diqqətdən kənarda qaldığını deyən Kərimzadə əlavə etdi ki, bu barədə Mədəniyyət və Turizm nazirinə məlumat verib.

Atasının sağlığında belə diqqətdən kənarda qaldığını qeyd edən qızı bildirdi ki, hər dəfə fəxri ad veriləndə "Fərman, sən gözlə" deyirdilər. Yeganə xanım əlavə etdi ki, öz hesabına atasının həyat və yaradıcılığından bəhs edən filmin çəkilişlərinə qərar verib. Daha çox arxiv materiallarından istifadə olunacaq. Ekran işini rejissor Miraslan Bəkirov ərsəyə gətirəcək. Kərimzadə filmdə atasının yaradıcı dostlarının və ailə üzvlərinin çıxışlarının yer alacağıını da qeyd etdi.

Xəbər lenti

Xəbər lenti