...

Qazaxda doğuş zamanı ana dünyasını dəyişib

Cəmiyyət Materials 25 Oktyabr 2007 11:09 (UTC +04:00)

Azərbaycan, Tovuz / Trend müxbir K.Almədətov/ Qazax rayonunda 18 yaşlı iki əkiz uşaq anası doğuşdan sonra həkimlərin məsuliyyətsizliyi səbəbindən dünyasını dəyişib. Mərhumun ailəsindən cümə axşamı Trend in bölgə müxbirinə bildirilib ki, Qazaxın 2-ci Şıxlı kənd sakini Günay Məmmədova oktyabrın 19-da, saat 15.30 radələrində doğuş üçün kənd xəstəxanasına müraciət edib. Xəstənin vəziyyətinin ağır olduğunu biləndən sonra heç bir tibbi yardım göstərmədən Məmmədovanı Qazax rayon Mərkəzi Doğum Evinə göndərilir.

Xəstə heç bir diaqnoz qoyulmadan, müayinə aparılmadan doğuşa aparılır.

Mərhumun həyat yoldaşı Vüqar Mustafayev bildirib ki, yoldaşında hipertoniya xəstəliyi olub. Doğuşdan sonra Məmmədovanın təzyiqi kəskin yüksəldiyindən, onu Qazax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilər.

Xəstə oktyabrın 20-də saat 17 radələrində xəstə xəstəxanada dünyasını dəyişib.

Mərhumun ailəsi faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini deyib.

Qazax rayon Mərkəzi Doğum Evinin müdirəsi Aynur Namazlı, növbətçi həkim Diləfrüz Cəfərova Trend in əməkdaşına bildirib ki, xəstə ağır vəziyyətdə qəbul olunduğu üçün onun müayinəsi aparılmayıb və təcili doğuşa həyata keçirilib. Birinci uşaq doğulandan sonra o, müayinə olunub.

Xəbər lenti

Xəbər lenti