...

Gəncədə qərb bölgəsinin hakimləri üçün seminar keçirilib

Cəmiyyət Materials 25 Oktyabr 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Azərbaycan hakimlərinin Avropa məhkəməsinin presidentləri və onların tətbiqi təcrübəsi ilə tanış olması ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir, bu fikri cümə axşamı Ali Məhkəmənin hakimi Vəfaddin İbayev Gəncə Apelyasiya Məhkəməsində qərb bölgəsinin hakimləri üçün keçirilən seminarda söyləyib.

ATƏT-in Bakı ofisinin dəstəyi ilə təşkil olunan seminarda Avropa Konvensiyasının müxtəlitf sahələri üzrə Avropa məhkəməsinin Azərbaycana münasibətdə çıxardığı qərarlar və bu qərarlarda Aropa məhkəməsinin pozuntu kimi qimətləndirdiyi məsələlər müzakirə olunub.

İbayevin sözlərinə görə, ümumilikdə, Avropa məhkəməsinə Azərbaycandan 2000-dən artıq şikayət daxil olub ki, onların da 80-i baxılmaq üçün qəbul edilib. 25-dən çox şikayətlə bağlı qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti