...

Əməkdar artist Zülfiyyə Xanbabayeva palataya köçürülüb

Cəmiyyət Materials 27 Oktyabr 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/müxbir TrendLife Şahin Cavadsoy

Dünən- 26 oktyabr tarixində ana olan əməkdar artist Zülfiyyə Xanbabayevanın vəziyyəti artıq normallaşıb. Bu barədə məlumatı TrendLife-a müğənninin prodüseri Nigar Hacızadə verdi: "Bəli, artıq hər şey normallaşıb. İndi Zulya özünü çox normal hiss edir, körpəsi də yaxşıdır. Bildirmək istəyirəm, hələ qızına ad qoymayıb. Mətbuatda yazırlar ki, guya artıq Dəniz adı üzərində dayanmışıq. Amma bu həqiqət deyil. Körpənin çəkisi barəsində də dəqiq məlumatlar verilməyib. Deyim hamı bilsin ki, uşağın dəqiq çəkisi 2 kilo 500 qramdır".

Xəbər lenti

Xəbər lenti