...

Müğənni Rəqsanənin bacısına verilən bəraəti Azərbaycan Məhkəməsi təsdiqləyəcək?

Cəmiyyət Materials 27 Oktyabr 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Türkiyənin Bodrum 4-cü İnstansiya Məhkəməsinin, müğənni Rəqsanə İsmayılovanın bacısı Elladaya bəraət hökmü çıxarması, ötən gün Bakıda xüsusi səs-küylə yayıldı. Yayılan məlumatların qəhrəmanı kimi, müğənninin bacısına vəkillik edən Bəylər Məmişovun adı hallanırdı. Xəbəri, TrendLife üçün təsdiqləyən Rəqsanənin "sağ əli" - prodüser Mister Tolik, olanlara geniş şərh verməyin hələ tez olduğunu bildirdi: "Məsələ hüquq müstəvisində həll edildiyindən, tam təfərrüatı ilə açıqlama vermək çox tezdir. Amma deyə bilərəm ki, Türkiyənin Bodrum 4-cü İnstansiya Məhkəməsinin çıxardığı bəraət hökmü Bakıda da hakimlər tərəfindən qəbul ediləcək. Və Elladanın günahsız olduğu təsdiqlənəcək". Qeyd edək ki, müğənninin özü hələ bu haqda mətbuata danışmağı düşünmür. Rəqsanə TrnedLife-a verdiyi müsahibələrində dəfələrlə vurğulamışdı ki, məhkəmənin çıxaracağı qərara hörmət edəcək. Bacısının günahkar olması sübuta yetirilərsə, o, Elladadan imtina etməyə belə özünü hazırlayır. Lakin artıq buna heç bir lüzum yoxdur. Çünki əminliklə söyləmək olar ki, bu xəbər müğənnini çox sevindirəcək və o, yenidən yarımsıq qoyduğu layihələrini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti