Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan boksçuları Çikaqoda keçirilən dünya çempionatında artıq altıncı itgiyə məruz qalıblar.
Trend in verdiyi məlumata görə, lisenziyanın bir addımlığında olan komandanın kapitanı Şahin İmranov ( 57 kq) 1/8 finalda hindistanlı Lakru Antreş Laliteyə 14:22 hesabı ilə məğlub olaraq, çempionatda çıxışını dayandırıb. İndi Şahin və Ceyhun Əbiyev ( 48 kq), Elşən İsmayılov ( 54 kq) Emil Məhərrəmli ( 64 kq), Rahib Bəylərov ( 75 kq), Cavid Tağıyev ( 81 kq) və digərləri Oyunlara vəsiqəni sonuncu lisenziya yarışlarında iştirak etməklə əldə etməyə çalışmalıdırlar.
Belə olan halda, Çikaqoda çıxış edən yığmanın tərkibində yalnız Samir Məmmədov ( 51 kq), Romal Amanov ( 60 kq), Ruslan Xairov ( 69 kq), Elçin Əlizadə ( 91 kq) və Azər Məmmədov (+ 91 kq) qalıb ki, onların da əksəriyyəti lisenziyanın bir addımlığındadır.