...

Dünya diabet gününün qeyd olunduğu ərəfədə Heydər Əliyev Fondunun binası mavi rənglə işıqlandırılacaq

Cəmiyyət Materials 10 Noyabr 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Şənbə günü Heydər Əliyev adına Fonddan verilən məlumata görə, Dünya diabet gününün (14 noyabr) qeyd olunduğu ərəfədə - noyabrın 13, 14 və 15-də Fondun binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılacaq.

Mavi rəng bütün millətləri birləşdirən səmanı əks etdirir və bu aksiyanın keçirildiyi 155 ölkədə şəhərlərin nəzərəçarpan binaları məhz bu rəngə boyanacaq. Məqsəd ictimaiyyətin diqqətini dünya miqyasında sağamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə yönəltmək və onun qarşısını almaq səylərini birləşdirməkdir.

Heydər Əliyev Fondu 2005-ci ildən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini həyata keçirir. Layihə respublikada qeydə alınmış 15 yaşınadək diabetli uşaqları əhatə edir. Layihə çərçivəsində, diabetli uşaqlar 2 ildən artıq müddətdə yüksək keyfiyyətli insulin və şpris-qələmlə təmin olunublar.

Xəbər lenti

Xəbər lenti