...

"Tolışi sədo" qəzetinin baş redaktoru talışçılığı təbliğ etməkdə günahlandırılır

Cəmiyyət Materials 14 Noyabr 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sektor rəhbəri , "Tolışi sədo" qəzetinin baş redaktoru talış idmançılarını təbliğ etməklə, ölkədə talışçılığı təbliğ etməkdə günahlandırılır,bu barədə baş redaktorun vəkili xəbər verib.Vəkil Ramiz Məmmədov Trend ə bildirib ki, baş redaktor Novruzəli Məmmədov və həmin qəzetin məsul katibi barəsində başlanan cinayət işininin istintaqı yekunlaşıb.Novruzəli Məmmədov və Elman Quliyev Cinayət Məcəlləsinin dövlətə xəyanət (274-cü maddə) cinayətində günahlandırılırlar.Vəkil bildirib ki, ittihama görə, hüquqlarını müdafiə etdiyi, dövlətə xəyanətdə təqsirləndirilən şəxs Azərbaycan vətəndaşlarını xarakterizə edən məlumatları xarici ölkələrə ötürüb.Vəkilin sözlərinə görə, Məmmədov baş redaktoru olduğu qəzetdə yazıları dərc olunmuş şəxslərin barəsində xarici ölkələrə məlumatlar ötürüb. " İttihama görə, Novruzəli Məmmədovun, talışların hüquqlarının pozulması ilə bağlı, beynəlxalq təşkilatlara müraciət etməsi beynəlxalq aləmdə Azərbaycanla bağlı mənfi imic formalaşdırıb. O, qəzetində talış idmançılarını təbliğ etməklə, ölkədə talışçılığı təbliğ edib. Dini təbliğatla məşğul olub",-deyə vəkil bidirib. Ramiz Məmmədov istintaq materialları ilə tanışlığın başa çatdığını və baxılması üçün yaxın günlərdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə göndəriləcəyini deyib.Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı ciddi problem olduğunu deyib. Vəkil bildirib ki, Məmmədov prostat vəzinin iltihabı, zob, arterial təzyiq xəstəliklərindən əziyyət çəkir. Bu ilin fevralından həbs olunmuş Məmmədov və Quliyev barəsindəki cinayət işinin istintaqını Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsi aparıb.

Xəbər lenti

Xəbər lenti