...

"Azəri Star production"ın rəhbəri Kemal Cenk İçten: "Bəlkə Nura Suri məni müğənni etdi"

Cəmiyyət Materials 16 Noyabr 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Lider TV-də "Crea production"ın təqdimatında yayımlanan "Qızıl duet" yarışmasının ikinci turunda yenidən həyəcanlı anlar yaşanacaq. Xatırladaq ki, bu həftənin şənbə günündə "Media Holdinq"in studiyasında gerçəkləşəcək növbəti çəkilişdə cütlüklər yenidən bir-birləri ilə yarışacaqlar. Prodüser kimi tanınan Emin Əfəndinin rəhbəri olduğu bu layihədə hansı cütlüyün birinci və ya sonuncu olmasını isə yenə siz tamaşaçılardan gələcək SMS-lər müəyyən edəcək. Amma deyilənlərə görə, tamaşaçılar ən çox "Azəri Star production"ın rəhbəri Kemal Cenklə müğənni Nura Surinin yaratmış olduqları "Qızıl duet"i dəstəkləyirlər. Deyilənlərdən xəbərsiz olduğunu TrendLife-a söyləyən Cenk bəy tamaşaçıların göstərdiyi münasibətin qarşılığında isə bu sözləri minnətdarlıq kimi dilinə gətirdi: "Vallah, o qədər işim var ki, oxumağı ağlımın ucundan belə keçirmirəm. Lakin tamaşaçılar konturlarından keçib bizə səs göndərərsə, həm öz adımdan, həm də Nuranın adından onlara sadəcə minnətdarlığımı bildirirəm. Bir etiraf da edə bilərəm ki, bəlkə Nura Suri məni müğənni etdi. Yox, zarafat edirəm. Kemal Cenk İçten təşkilatçı olsa daha yaxşı olar".

Bu açıqlamanı eşidən Nura Suri isə Cenk bəyin dedikləri ilə razılaşmadı. Müğənni TrendLife-a tərəf müqabilinin səs imkanlarını yüksək qiymətləndirərək bu sözləri dedi: "Cenk bəy çox təvazökar insandır. Ona görə də deyirəm ki, müğənni olmaq məhz elə ona çox yaraşır. Kemal Cenkin gözəl səs imkanları var. Təvazökarcasına danışması isə onun çox mədəni bir insan olması ilə bağlıdır".

Odur ki, Cenk& Nura duetini dəstəkləməkdə davam edin. Çünki "Qızıl duet"də hər an hər şey baş verə bilər.

Xəbər lenti

Xəbər lenti