...

Azərbaycan hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla bağlı təkliflər zərfi hazırlayıb - Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri

Cəmiyyət Materials 20 Noyabr 2007 12:03 (UTC +04:00)
Azərbaycan hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla bağlı təkliflər zərfi hazırlayıb - Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklərlə bağlı beynəlxalq təşkilatlarla müzakirələrə hazırdır, çərşənbə axşamı jurnalistlərə prezidentin İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Qanuna əlavə və dəyişikliklərlə bağlı yaradılan işçi qrupu təkliflər zərfini hazırlayıb və yaxın günlərdə Venesiya Komissiyasına təqdim edəcək",- Həsənov əlavə edib.

Azərbaycanın siyasi qüvvələri bildirirlər ki,"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun onların sərbəst mitinqlər keçirmələrinə əngəl yaradır. Ona görə də, Qanuna əlavə və dəyişikliklərin edilməsi üçun beynəlxalq təşkilatlara müraciət edibdər.

Həsənov bildirib ki, bu Qanunla bağlı, Azərbaycan hakimiyyətinin ciddi iradları yoxdur. Qanun Venesiya Komissiyası ekspertlərinin iştirakı ilə hazırlanıb. Lakin ötən seçkilər zamanı keçirilən mitinqlərdə beynəlxalq təşktlatlar da, daxili siyasi qüvvələr də bu Qanunun tətbiqində çətinliklər olduğunu irəli sürdülər. Bundan sonra Azərbaycan hakimiyyəti Venesiya Komissiyasına müracəit edərək, Qanunun təkmilləşdirilməsi üçün müzakirələrə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti