...

Dünya Azərbaycanlılarının Həmrəylik Günündə növbəti əfv fərmanı imzalana bilər

Cəmiyyət Materials 22 Noyabr 2007 11:30 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik Günündə növbəti əfv  fərmanı imzalana bilər

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Dünya Azərbaycanlılarının Həmrəylik bayramı münasibətilə Azərbaycanda növbəti əfv fərmanı imzalana bilər, cümə axşamı jurnalistlərə Əfv Komissiyasının üzvü Azay Quliyev bildirib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü dekabrın 31-də keçirilir. Əvvəlki təcrübələrə əsasən,bu bayram ərəfəsində əfv fərmanı imzalanıb.

Quliyev bildirib ki, növbəti əfv fərmanının imzalanması üçün Əfv Komissiyası hazırda daxil olan müraciətlərə baxır və bu proses başa çatdıqdan sonra yekun siyahı Azərbaycan prezidentinə təqdim olunacaq.

Həbsdə olan jurnalistlərin əfv məsələsinə toxunan Quliyev jurnalistlərin həbsinə pis baxdığını deyib. Ancaq o bildirib ki, jurnalistlərin əfv olunması onların səlahiyyətlərinə aid deyil.

Azərbaycanda doqquz jurnalist həbsdədir. Beynəlxalq təşkilatlar jurnalistlərin həbsini Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırılması kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti