...

Hədiyyəmiz Röyanın sənəti qarşısında çox kiçik dir – Azərbaycanın yumor ustası Rafael İsgəndərov

Cəmiyyət Materials 22 Noyabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

"Bu şəhərdə"nin sakinləri Rafael İsgəndərovla Coşqun Rəhimovun Akademik Opera və Balet Teatrında keçirdikləri növbəti 5 günlük konsertdə aparıcılıq missisiyasını Röya Ayxan və Samir Cavadzadə öz üzərinə götürmüşdü. hər iki tərəf konsertdən sonra məmnunluqla danışıb demişdilər ki, hər şey normaldır və bu tamaşalar onların dostluğunu daha da dərinləşdirməkdə müstəsna rol oynadı. Burada bir əmma var. O da aparıcılardan biri olan Röyanın barmağına taxılan üzükdü. Yəni, beş gün sərasər onlarla bərabər çəkdiyi əziyyətin müqabilində xanım Ayxan, yalnız təkqaş brilyant üzüklə mükafatlandırılıb. Müğənni qonorar söhbətinin şişirdilməsinin əleyhinə çıxsa da, Rafael susmayıb danışdı: "Vallah, tamaşaçılarımız da özümüzə oxşayıb. Görürlər ki, qalmaqallara qol qoymuruq, onlar da bizə haqq qazındırıb, bizi dəstəkləyirlər. Danışanlarsa, bəzi " əziz dostlarımızdır". Söz yayılıb ki, guya Röya xanıma verdiyimiz üzük onun ürəyincə deyilmiş. Bu, ümumiyyətlə ağ yalandır. Biz heç vaxt dostluğumuza dünya malıyla qiymət vermirik. Əsas odur ki, bir-birimizə yaxın dost olduğumuzu illərdən bəri sübut edirik. Əminklilə deyirəm ki, hədiyyəmiz olan təkqaşlı brilyant üzük Röyanın sənəti qarşısında çox kiçik hədiyyədir. Qoy sözgəzdirənlər sussunlar".

Xəbər lenti

Xəbər lenti