...

İctimai Komitə məhkumların islah olunmasına kömək üçün təkliflər verib

Cəmiyyət Materials 23 Noyabr 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Ədliyyə naziri yanında İctimai Komitə məhkumların islah olunmasına kömək məqsədilə təkliflər verib. İctimai Komitənin koordinatoru Sahib Məmmədov cümə günü Trend ə bildirib ki, cəzaçəkmə müəssisələrinin kitabxana fondunun zəngilləşdirilməsi, müəssissisələrin işçi personalı və məhkumlara onların hüquq və azadlıqlarının öyrənilməsi ilə bağlı seminarların təşkili, bu sahə üzrə ixtisaslaşmış jurnalistlərə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Məmmədov bildirib ki, noyabrın 27-də İctimai Komitənin iclası keçiriləcək. İclasda Komitəninn fəaliyyət proqraı müzakirəyə çıxarılacaq.

Komitənin əsas fəaliyyət istiqamətləri penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək üçün monitorinqlər və baş çəkmələrin keçirilməsi və məhkumların islahına yönələn tədbirlərin həyata keçirilməsidir. Komitə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərlə də çıxış edəcək.

Növbəti həftə İctimai Komitə 1 saylı cəzaçəkmə müəssisəsində ilk monitorinqini keçirəcək. Məmmədov deyib ki, həmin müəssisə ilə bağlı Komitəyə bir neçə şikayət daxil olub.

Fəaliyyəti bu ilin sentyabrında başa çatmış İctimai Komitə bir il müddətində 19 cəzaçəkmə müəssisəsinə 75 başçəkmə həyata keçirib, məhkumların asudə vaxtlarının təşkili,, hüquqi biliklərinin artırılması, cəmiyyətə inteqrasiyasının təmin edilməsi üzrə və digər tədbirlər həyata keçirib.

Xəbər lenti

Xəbər lenti