...

Çox vaxt qohum-əqraba, tanış-bilişin göndərdiyi SMS hesabına zəif iştirakçı yarışmada qalır, istedadlı onun badına gedir - Aşıq Ədalət Nəsibov

Cəmiyyət Materials 26 Noyabr 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

"Lider" Televiziyasında yayımlanan "Ozan" Aşıq myüsabiqəsində münsif olan Aşıq Ədalət Nəsibov bir neçə dəfə münsiflər heyətindən getmək istəyib. Səbəbini isə o, TrendLife-a belə bildirib: "Mən müsabiqədən bir nəfər iştirakçının belə, getməsini istəmirəm. Hər dəfə kimsə gedəndə ürəyim ağrıyır, gözümün yaşını saxlaya bilmirəm. Mən çox kövrək adamam.Bir uşağın yarışmadan getməsi ömrümə bir il zərbə vurur. İndi hesablayın də, sona cəmi bircə iştirakçı qalmalıdır. Belə çıxır ki, bir neçə ay ərzində ömrümə nə qədər balta çalacağam. Buna görə də istəyirəm ki, münsiflikdən gedəm, amma qoymurlar. Başa salırlar ki, yarışmanın qaydası budur, amma belə şeylər ağlıma batmır".

Öyrəndik ki, təşkilatçılar Nəsibovu münsifliyə bir ağsaqqal kimi dəvət ediblər. Özünü aşıq sənətinin şahı sayan ustad sənətkar da bu dəvətdən imtina edə bilməyib. Sən demə, iştirakçılar arasında Aşıq Ədalətin yetirməsi də varmış; Aşıq Xanların oğlu Aşıq Azər Xanlar. Bununla belə, ustad sənətkar iştirakçılar arasında ayrı-seçkilik salmır, hamısına eyni gözlə baxdığını deyir. Özünün favoriti də var, amma "əsas seçim xalqın ixtiyarındadır"-deyir. Ümumiyyətlə, aşıqdan olsaydı, qalibin SMS vasitəsiylə seçilməsinə razı olmazdı. Amma deyir ki, qayda-qanun belədir: "Çox vaxt qohum-əqraba, tanış-bilişin göndərdiyi SMS hesabına zəif iştirakçı yarışmada qalır, istedadlı onun badına gedir".

Xəbər lenti

Xəbər lenti