Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Xantı - Mansiyskdə keçirilən Dünya Kubokunun 1/16 final çərçivəsində, dekabrın 1 - də İvan Çeparinovla ikinci partiyanı oynayacaq. Trend - in verdiyi xəbərə görə, birinci partiyada qara fiqurlarla məğlubiyyətdən sonra, şahmatçı təkrar görüşdə istifadə etməli olduğu ağ rəng üstünlüyünü alacaq. Şəhriyarın oyunu tay - brekə keçirməsi və yarışda iştirakını davam etdirməsi üçün bu oyunda qələbə qazanması vacbidir. Bununla yanaşı, Dünya Kubokuna iddialılar kifayət qədər çoxdur. Belə ki, Kubokun qalibi Veselin Topalova qarşı iddia oyunu oynamaq hüququ qazanacaq. Yarımfinalçılar növbəti ildən başlayacaq FİDE - nin Qran Pri yarışında iştiraka buraxılacaqlar. Xatırladaq ki, Çeparinov keçmiş dünya çempionu Topalovun sekundantıdır.