...

Tolikin təcrübədə mənə çatmasına çox var - Prodüser Asif Kərimov

Cəmiyyət Materials 4 Dekabr 2007 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Ötən gecə "Lider TV"-də yayımlanan "Show time" mahnı yarışması iştirakçıların nümunəvi çıxışları ilə yadda qaldı. Bu sözləri dörd prodüserin komandası haqda söyləmək olar. Öncə səhnəyə Anar Mədətovun komandası çıxdı və həmişəki kimi sürpriz etdi. Bu komanda üzvlərinin "Şeron" qrupu və Cavid Hüseynlə ifa etdiyi duetlər yaxşı alındı. Mr.Tolikin komandasının Xuraman Şuşalı və Rəhim Rəhimli ilə dueti də yaddaqalan oldu. Asif Kərimovla Namiq Qafarovun iştirakçıları isə, duet ifa etmədilər. TrendLife bunun səbəbilə maraqlandıqda A.Kərimovun izahı belə oldu: "Fikir vermisinizsə, geridə qalan yarışma günlərində, mənim əməyim nəticəsində tanınmış heç bir müğəninin adını çəkməmişəm. Bu cür reklamı sevmirəm. Bu yarışmada mənim iştirakçılarım ona görə tək ifa edirlər ki, onlar nəyə qadir olduqlarını göstərə bilsinlər. Dəfələrlə digər həmkarlarıma da irad tutmuşam ki, niyə iştirakçılarla müğənnilərin sintezini yaradırlar. Axı, buna ehtiyac yoxdur. Çünki eyni mahnını hər ikisi ifa edir. Biri yeni ifaçıdır, digəri isə tanınmış müğənni. Duet ifa edən yarış iştirakçısı nəyə qadir olduğunu nümayş etdirə bilmir".

Qalmaqallardan uzaq olduğunu deyən Asif həmkarı Toliklə eyni səviyyəli prodüser olmaması barədə dediklərinə də aydınlıq gətirdi: "Toliklə aramızda fikr ayrılığı yalnız sənətlə bağlı olur. Belə söz-söhbətlər heç də şou yaratmaq xətrinə deyil. Mən heç də şou yaratmaq xatirinə mübahisə etmirəm. Nə düşünürəmsə, onu da deyirəm. Tolikin mənim səviyyəmdə olmadığı barədə dediklərim elə-belə söz deyil. Çünki o, təcrübədə məndən çox geri qalır və ixtiyarı çatmır ki, hər hansı irad tutsun".

Xəbər lenti

Xəbər lenti