Azərbaycan, Bakı, 5 dekabr /müx. TrendLife Cavid Osmanov/
Uzun fasilədən sonra kinematoqrafçılarımız da serial çəkmək qərarına gəliblər. Belə seriallardan biri- "Qızlar" filmindəki baş rolun ifaçısı Vəfa Zeynalova TrendLife-la öz fikirlərini bölüşüb.
-Serialın səkkiz seriyası çəkilib. Amma düşünürəm ki, bu hələ son deyil. Ola bilər ki, bu serial Azərbaycanın "Santa-Barbara"sı olsun.
-Bəs, həyatda həmkarlarınızdan hansı ilə rəfiqəlik edirsiniz?
-Heç kəslə. Məni yaxşı çəkmələri üçün yalnız operatorlarla dostluq edirəm.
-Serialda çəkilən aktrisalardan birinin adı ilə bağlı qalmaqal həqiqət idi, yoxsa piar kampaniyası?
-Bu hay-küy seriala diqqət çəkmək xatirinə idi.